XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 70 dollardan baha satılır

Məlumat Dünya birjalarından gəlib

Azərbaycan nefti 70 dollardan baha satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,03 ABŞ dollar və ya 2,95% artaraq 70,95 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,92 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.