Azərbaycan nefti bahalaşıb
Bunu ABŞ Energetika Nazirliyi ölkədəki enerji ehtiyatları ilə bağlı hesabatın açıqlanması ilə əlaqəlandırırlar
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.7% və ya 0.57 dollar artaraq, 83.53 ABŞ dollara realizə edilib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.