Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 2,13 ABŞ dolları, yaxud 2,4 % azalaraq 85,29 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.