Azərbaycan nefti ucuzlaşmaqda davam edir
"Azeri Light"ın bir barelinin qiyməti 2,53 % azalıb
Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,37 ABŞ dolları, yaxud 2,53 % azalaraq 91,11 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.