XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin 1 bareli 116,05 ABŞ dollarına düşüb

"Azeri Light" neftinin ən yüksək qiyməti 122,9 ABŞ dolları təşkil edib

Azərbaycan neftinin 1 bareli 116,05 ABŞ dollarına düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 5,9% azalaraq 116,05 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 122,9 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

    Bu arada, dünənki enişdən sonra neft qiymətləri yenidən yüksəlməyə başlayıb:

    ▪️Brent: 4,2% artıb (barel üçün 104,16 dollar)
    ▪️WTI: 4,1% artıb (barel üçün 91,66 dollar)