XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.