“Fars körfəzi ABŞ-sız gələcəyə daxil olur"
Bəyanat İranın ali lideri Müctəba Xameneyinin adından yayılıb
Fars körfəzi Milli Günü münasibətilə İranın ali lideri Müctəba Xameneyinin yaydığı müraciətdə ABŞ-ın bölgədəki rolunu sərt tənqid edilib və regionun gələcəyinin “Amerikasız” formalaşacağını bildirilib.
Qeyd edilib ki, ABŞ-ın bölgədə həyata keçirdiyi siyasət uğursuzluğa düçar olub və bu səbəbdən Fars körfəzi və Hörmüz boğazı üçün yeni bir mərhələnin başladığı açıqlanıb.
ABŞ-ın bölgədəki mövcudluğunu qeyri-sabitliyin əsas səbəbi adlandırılan bəyanatda vurğulanıb ki, regionun təhlükəsizliyi sahilyanı dövlətlərin öz nəzarəti altında olmalıdır.
Ali liderin adından yayılan bəyanata görə, İran Hörmüz boğazının idarə olunmasını təmin etmək, onun fəaliyyəti üçün yeni qaydalar müəyyən etmək və “düşmən qüvvələrin” bu strateji marşrutdan istifadəsinin qarşısını almaq niyyətindədir.
1 dəqiqə