Azərbaycan Ordusunun zabiti dünyasını dəyişib
Zabit Məhərrəmov Seydulla Sadiq oğlunun bədbəxt hadisə nəticəsində rəhmətə gedib

Azərbaycan ordusunun zabiti bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Zabit Məhərrəmov Seydulla Sadiq oğlunun bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır.
Nazirliyin rəhbərliyi həlak olan hərbçinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!”.
Allah rəhmət eləsin.