Azərbaycan Özbəkistanla "Məharət - IV" hərbi təlimi keçirir
Kompüter dəstəkli birgə komanda-qərargah təlimi noyabrın 28-dək davam edəcək.
Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək, komandirlərin hərbi qərarvermə bacarıqlarını təkmilləşdirmək, qərargah fəaliyyətləri və əməliyyatların planlaşdırılması prosesi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Qeyd edək ki, "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi noyabrın 28-dək davam edəcək.
1 dəqiqə