XƏBƏRLƏR / Hərbi

Hindistan Ermənistana snayper tüfəngləri satır

Bu barədə “Indian Defence” məlumat yayıb

Hindistan Ermənistana snayper tüfəngləri satır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Əvvəllər Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş aparatları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır. Artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb.

    Ermənistan mətbuatı xəbər verir ki, bu barədə “Indian Defence” məlumat yayıb.

    Bildirilir ki, rəsmi Dehli ilk dəfədir tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.