XƏBƏRLƏR / Hərbi

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədə rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, Ankara şəhərində keçirilən görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

    Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

    Görüşdə əlaqələrin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.

    Nazirliyin məlumatına görə, ikitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.