XƏBƏRLƏR / İdman

Azərbaycan Premyer Liqası: VII turun oyunlarının yekunudur

"Səbail" "Sabah"la, "Sumqayıt" "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: VII turun oyunlarının yekunudur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq.

    Günün ilk matçı "ASCO Arena"da keçiriləcək.

    "Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.

    Turun qapanış qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.

    Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, " Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.