Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasını alqışlayır
Bu barədə XİN-in rəsmi "X" səhifəsində paylaşım edilib
Azərbaycan xarici işlər nazirliyinin rəsmi "X" səhifəsindəki paylaşımında deyilir:
"Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.
Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək".