Azərbaycan Serbiyaya da qaz tədarük edəcək
Azərbaycanın SOCAR və Serbiyanın "Srbijagas" şirkətləri bu barədə saziş imzalayıblar
SOCAR və "Srbijagas" gələn il həcmin sonradan artırılması ilə 400 milyon kubmetrə qədər Azərbaycan qazının Serbiyaya tədarükünü nəzərdə tutan saziş imzalayıb.
Sənəd qaz tədarükü ilə yanaşı, Serbiyaya LNG tədarükü imkanlarının öyrənilməsini, qaz anbarlarında SOCAR ilə əməkdaşlığı və şirkətin qaz ticarəti əməliyyatlarında, eləcə də qaz elektrik stansiyasının tikintisində iştirakını nəzərdə tutur.