Azərbaycan və Ermənistan bir-birinə ən yüksək xal verdilər
Qazaxıstanda “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsi keçirilib

Qazaxıstanda keçirilən musiqi yarışmasında Ermənistan və Azərbaycan “onluq” mübadiləsi aparıblar
Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı münsiflər heyəti Əfəndi erməni ifaçı Saro Gevorqyana 10 bal, erməni münsiflər heyəti isə eyni cür cavab verərək azərbaycanlı iştirakçı Səbinə Quluzadəyə 10 xal verib.
İki ölkədən olan münsiflərin Qazaxıstanda maksimum xal mübadiləsi etməsi ya qəsdən xoş niyyət jesti, ya da nadir təsadüf kimi görünür.
İlk dəfə olaraq beynəlxalq müsabiqədə Azərbaycan və Ermənistan təmsilçiləri bir-birinə ən yüksək bal veriblər.
“Kazinform” xəbər verir ki, birinci mərhələdə 12 iştirakçının hər biri mahnını öz ana dilində ifa edib.
Məlumata görə, start mərhələsinin özəlliyi ondan ibarətdir ki, heç bir iştirakçı layihəni tərk etməyib, yəni bütün iştirakçılar qələbə uğrunda mübarizəni davam etdirəcəklər.
Münsiflər heyətinin qərarı ilə birinci yerdə 126 xalla malayziyalı müğənni Yazmin Əziz, ikinci yerdə 122 xalla özbək müğənni Madinabonu Adilova, üçüncü və dördüncü yerlərdə müvafiq olaraq 120 xalla Türkmənistandan Dovran Şammiyev və gürcü iştirakçı Avtandil Abeslamidze qərarlaşıb.
“Silk Way Star” beynəlxalq yarışmasına 10 epizod daxildir, hər buraxılışın müddəti 100 dəqiqədən çoxdur. Yayım üç dildə - qazax, Çin və ingilis dillərində aparılır. Təşkilatçılar tamaşaçılara müxtəlif janrlarda eksklüziv musiqi nömrələri vəd edirlər.
Yarışmaya sentyabrın 20-də Qazaxıstanda start verilib, növbəti mərhələ isə Çində keçiriləcək.
Final “Grand Şou” noyabrın 22-də keçiriləcək.