Azərbaycan və İsrail XİN-i məsləhətləşmələr keçirib
Bu barədə İsrail XİN-də siyasi məsələlər üzrə direktor Aliza Bin Noun "X" hesabında bildirib
Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib.
Bu barədə İsrail XİN-də siyasi məsələlər üzrə direktor Aliza Bin Noun "X" hesabında bildirib.
"Azərbaycan XİN-də xarici işlər nazirinin müavini Fariz Rzayev ilə səmərəli nazirliklərarası məsləhətləşmələr apardıq. Güclü ikitərəfli münasibətlərimiz diqqətlə təhlil olundu və onların davamlı inkişafı üçün yollar axtarıldı. Biz həmçinin Yaxın Şərq və Qafqazda inkişaf edən dinamikaya toxunduq. Səmimi qəbula və zəngin fikir mübadiləsinə görə minnətdarıq", - İsrail diplomatı bildirib.