Azərbaycan və Qazaxıstanın XİN başçıları Maltada görüşüblər
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər verir
Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər verir.
“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.
Nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.