Azərbaycan Xarici İşlər Nazirliyi erməni minaları haqda
Nazirlik X hesabında Ermənistanı dəqiq mina sahələrinin xəritələrini təqdim etməyə çağırdı
Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsi hesabında Füzulidə bu günkü mina insidenti ilə bağlı paylaşım edib.
" Ermənistan tərəfinin quraşdırdığı minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir.
Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların ümumi sayı 333-ə çatıb.
Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı dəqiq mina sahələrinin xəritələrini təqdim etməyə çağırır."