XƏBƏRLƏR / Turizm

Azərbaycana Hindistandan turist axını 3 dəfəyə yaxın artıb

Dövlət Statistika Komitəsi xəbər verir

Azərbaycana Hindistandan turist axını 3 dəfəyə yaxın artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 502,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Dövlət Statistika Komitəsi xəbər verir ki, gələnlərin 29,2 %-i Rusiya, 16,5 %-i Türkiyə, 9,3 %-i Hindistan, 8,3 %-i İran, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Gürcüstan, 3,2 %-i Qazaxıstan, 2,7 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,5 %-i Çin, hər birindən 1,3 % olmaqla Ukrayna və Küveyt, 1,2 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla İsrail və Oman, 1,%-i Belarus, 10,7 %-i digər ölkələrin vətəndaşları olub.

    Gələnlərin 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrünə nisbətən Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,3 dəfə, Çindən - 2,1 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 49,7 %, Omandan - 47 %, İrandan - 46,5 %, Səudiyyə Ərəbistanından - 42,8 %, İtaliyadan - 38,7 %, Yəməndən - 35,9 %, Türkmənistandan - 33,0 %, Polşadan - 31,8 %, Küveytdən - 29,3 %, Misirdən - 29,2 %, Özbəkistandan - 25,6 %, ABŞ-dan - 21,9 %, Ukraynadan - 20,5 %, Türkiyədən - 19,6 %, Almaniyadan - 19,3 %, Tacikistandan - 17,8 %, Rusiyadan - 16,9 %, Bəhreyndən - 14,3 %, Fransadan - 13,5 %, Gürcüstandan - 11,8 %, BƏƏ-dən 7,5 % artıb.

    2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6 % artaraq 258,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 % artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 % artaraq 576,1 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75 %-i hava, 23,8 %-i dəmir yolu və avtomobil, 1,2 %i isə dəniz nəqliyyatından istifadə edib.