XƏBƏRLƏR / Turizm

Mərkəzi Asiyadan Azərbaycana turist axını 17% artıb

Dövlət Statistika Komitəsi xəbər verir

Mərkəzi Asiyadan Azərbaycana turist axını 17% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci ilin iyun ayında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 19 664 turist səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 17% çoxdur. Ən çox qonaq gələnlər:

    Qazaxıstan - 9946 nəfər;
    Özbəkistan - 5 093;
    Türkmənistan - 2770;
    Qırğızıstan - 998;
    Tacikistan - 867.

    Eyni zamanda, iyun ayında Azərbaycana gələn xarici turistlərin ümumi sayı 237 509 nəfər təşkil edib ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 11% azdır. Əsas axın aşağıdakılardan qeydə alınıb:

    Rusiya - 73 415;
    Türkiyə – 40,326;
    İran – 15.297.