XƏBƏRLƏR / Mədəniyyət

Azərbaycana XVIII əsrə aid Naxçıvan xalçası gətiriləcək

Xalçanın qiyməti 131 min manatdır

Azərbaycana XVIII əsrə aid Naxçıvan xalçası gətiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İtaliyalı kolleksiyaçı Mirko Kattayın şəxsi kolleksiyasında olan 18-ci əsrə aid Naxçıvan xalçası Azərbaycana gətiriləcək.

    Mədəniyyət Nazirliyi kolleksiyaçı ilə müvafiq müqavilə imzalayıb. Sənədə əsasən, nadir əsər Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasını zənginləşdirmək məqsədilə əldə edilib.

    Xalçanın qiyməti 131 min manatdır.

    Bildirilir ki, hazırda İtaliyanın muzeylərində və şəxsi kolleksiyalarında çoxlu nadir Azərbaycan xalçaları saxlanılır. Milli Xalça Muzeyi bu ölkənin aparıcı muzeyləri və qalereyaları ilə fəal əməkdaşlıq edir. Mirko Kattaydn bir neçə qədim və tarixi qiymətli əsər artıq alınıb və hazırda Bakıda nümayiş etdirilir.