XƏBƏRLƏR / Mədəniyyət

Bu gün muzeylərə və mədəniyyət qoruqlarına giriş pulsuzdur

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur

Bu gün muzeylərə və mədəniyyət qoruqlarına giriş pulsuzdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyi açıq qapı günü elan edir.

    Bu gün idarənin tabeliyində olan muzeylərə və tarix-mədəniyyət qoruqlarına giriş pulsuzdur.

    Xatırladaq ki, 1983-cü ildə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Assambleyasının təşəbbüsü ilə YUNESKO-nun Mədəni İrs Mərkəzi aprelin 18-ni Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü elan edib.

    Bayramın məqsədi dünya mədəni irsinin qorunması və saxlanması məsələlərinə diqqəti cəlb etməkdir.