XƏBƏRLƏR / Mədəniyyət

Dünyanın tanınmış pop ulduzu Castin Timberleyk Bakıya gəlir

O, ilk dəfədir Azərbaycanda çıxış edəcək

Dünyanın tanınmış pop ulduzu Castin Timberleyk Bakıya gəlir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Castin Timberleyk “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək.

    Konsert iyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

    Qeyd edək ki, Castin Timberleyk musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.

    90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberleyk qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırıb. Həmin illərdə Castin ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.

    Castinin uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış edib.