Azərbaycanda casusluq edən əcnəbi saxlanılıb
DTX İstintaq Baş idarəsində Akbar Sohrabiyə qarşı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.
Sohrabi Akbar Ghesmat Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib.
DTX İstintaq Baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.