Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq
Mərkəzi Bankı daha bir yerli təşkilata müddətsiz lisenziya verib
Azərbaycan Mərkəzi Bankı daha bir yerli təşkilata elektron pulun təşkili ilə bağlı fəaliyyət göstərmək üçün müddətsiz lisenziya verib.
“Elektron pul nəinki ödəniş sistemini sadələşdirir, həm də gələcəkdə kağız pullardan istifadənin tədricən minimuma endirilməsinə gətirib çıxara bilər”, - deputat Vüqar Bayramov qeyd edib.
Eyni zamanda, elektron pul şəffaflığı artırır. Bayramov əlavə edib ki, onlar pul bazarında aparılan əməliyyatlar vasitəsilə vətəndaşlar üçün elektron əmanət və hətta gəlir mənbəyinə çevrilə bilərlər.