Azərbaycanda kölgə iqtisadiyyatının həcmi: 17,7%
"Ernst & Young" 131 ölkədə kölgə iqtisadiyyatının həcminin qiymətləndirilməsini təqdim edib

"Ernst & Young" (EY) şirkəti 2000-ci ildən 2023-cü ilə qədər 131 ölkədə kölgə iqtisadiyyatının həcminin qiymətləndirilməsini təqdim edən Qlobal Kölgə İqtisadiyyatı 2025 Hesabatını dərc edib.
Sənəddə həm hər bir ölkə üzrə mütləq rəqəmlər, həm də uzunmüddətli perspektivdə dəyişikliklərin dinamikası öz əksini tapıb. Araşdırmaya görə, Azərbaycan iqtisadiyyatında kölgə sektorunun həcmi ümumi daxili məhsulun 17,7 faizi həcmində qiymətləndirilir ki, bu da sabit azalma tendensiyasından xəbər verir - 2013-cü ildə eyni göstərici 21,7 faiz təşkil edib.
Hesabat metodologiyanın ətraflı izahı, ekonometrik modellər və əsas fərziyyələrin əsaslandırılması ilə həyata keçirilən belə çətin ölçülən sahənin hərtərəfli təhlilinin nadir nümunəsidir.