Azərbaycanda orqan donorluğu üçün növbə gözləyənlərin sayı
Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova məlumat verir
Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir.
Bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün qeydiyyatdan keçib:
"Əgər həmin şəxslər beyin ölümü keçirərsə, ailələrinin razılığı alınmadan onların orqanları başqalarına transplantasiya olunacaq. 50-dən çox şəxs ürək transplantasiyası üçün növbə gözləyir. Dünən məktub aldım ki, xəstələrdən ikisi artıq vəfat edib. Ümumiyyətlə, hər il 50-60 qaraciyər gözləyən xəstəmiz həyatını itirir".
1 dəqiqədən az