Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı
Bu barədə "president.az" saytı xəbər yayıb
Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
“president.az” xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:
Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
Qarabağ Regional Mədəniyyət İdarəsi;
Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.