İCESCO Nəsimi Festivalının təşkilatçıları sırasında
Bu il festival sentyabrın 23-25-də Bakı və Şamaxıda keçiriləcək

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı 2018-ci ildən təşkil edilir.
Bu il festival sentyabrın 23-25-də Bakı və Şamaxıda keçiriləcək.
Nəsimi festivalının gələcəkdə ICESCO-nun baş qərargahının yerləşdiyi Rabat şəhərində də təşkili müzakirə olunan məsələlər sırasındadır