Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn olunub
Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib
 
                                15:15
Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
***
12:45
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Murad Yagizarovun vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, o, II Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.Onun nəşi bu gün səhər Azərbaycana gətirilib.
***
11:00
Xalq artisti Hacı Murad Yagizarovun nəşi Almaniyadan Azərbaycana gətirilib.
Onun nəşini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları və sənət dostları qarşılayıblar.
Qeyd edək ki, Xalq artisti ilə vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra onun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
***
2025-09-15 22:42
Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah Vətənə gətiriləcək.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.
Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         2 dəqiqə
									2 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            