Azərbaycandan dəmir yolu ilə Türkiyəyə yardım göndərildi
Bu vaxta qədər Türkiyəyə yardımlar hava və quru yolla çatdırılırdı
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri dəmiryol stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət qatarla yardım göndərilib. Yardımın yola salınma mərasimində QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib. "Hazırda 25 konteyner Türkiyəyə yola salınır. Azərbaycandan Türkiyəyə dəmir yolu ilə göndərilən yardımların vaxtında çatdırılması üçün əlimizdən gələni edəcəyik", - deyə qurum rəhbəri qeyd edib.