XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycandan göndərilən enerji avadanlığı Ukraynaya çatıb

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat yayıb

Azərbaycandan göndərilən enerji avadanlığı Ukraynaya çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi, ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

    Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat yayıb.

    Bildirilib ki, avadanlıqlar Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq humanitar yardım çərçivəsində göndərilib.

    Yardım çərçivəsində Ukraynaya 9 transformator, 186 kilometr kabel və 12 kV-luq paylayıcı qurğular təqdim olunub.

    Avadanlıqlar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.