Azərbaycanı “Avroviziya-2023”də əkiz qardaşlar təmsil edəcək

Bu barədə İTV məlumat yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • “Avroviziya-2023”​ Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Bu barədə İTV məlumat yayıb. Əkiz qardaşlar 2000-ci ildə Zaqatala şəhərində anadan olublar.

    Qeyd edək ki, Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər. Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.