Azərbaycanı kədərdə və sevincdə dəstəkləməyə davam edəcəyik
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin Veteranlar Gününə həsr olunmuş tədbirdə deyib FOTO
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin Veteranlar Gününə həsr olunmuş tədbirdə: Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsi zamanı Qarabağın azad edilməsinə nail olaraq əzmkarlıq və qəhrəmanlıq nümayiş etdirib.
Gülər Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, qazilərə ehtiram və minnətdarlığını bildirib.
“Biz “Bir millət, iki dövlət” konsepsiyasını rəhbər tutaraq, Azərbaycanı kədərdə də sevincdə də dəstəkləməyə davam edəcəyik. Türkiyə Azərbaycanın yanında olacaq”, - deyə nazir vurğulayıb.
Tədbir iştirakçıları arasında Azərbaycandan olan 44 günlük müharibə veteranları da olub.