"Azərbaycanın göstərdiyi qardaş dəstəyi daim xatırlayacağıq"
Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev deyib
Azərbaycan Ukraynaya həyati əhəmiyyətli enerji avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, Azərbaycanın göndərdiyi enerji avadanlıqları Ukrayna üçün mühüm əhəmiyyət daşıyır.
“Azərbaycanın dəstəyini çox yüksək qiymətləndiririk. Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına ölkəmizə göstərilən bu qardaş köməyinə görə minnətdarıq. Biz bunu heç vaxt unutmayacağıq və Azərbaycanın göstərdiyi qardaş dəstəyi daim xatırlayacağıq”, - deyə diplomat vurğulayıb.
1 dəqiqədən az