Azərbaycanın İran və Rusiya ilə münasibətləri haqqında
Hər bir dövlətdə bu və ya digər şəkildə müxtəlif qruplar mövcuddur

Prinsip etibarı ilə, İran və Rusiya ilə münasibətlərdən görünən nədir?
Azərbaycanın İranla münasibətləri onun siyasi sistemindəki ikitirəliyə görə pisləşir. Ümumiyyətlə, onun dünyəvi hissəsi münasibətlərdə gərginliyin qarşısını alır, lakin klerikal (dini hakimiyyət - ANS Press) hissəsi hər dəfə bir hoqqa çıxarır.
Rusiyada sərt şaquli hakimiyyətə baxmayaraq, zaman-zaman yanğına nöyüt tökən qruplar meydana çıxır. Onlara deyirlər ki, münasibətləri bir balaca korlamaq lazımdır, onlar isə həmişə barıtı çox qoyurlar.
Prinsipçə, hər bir dövlətdə bu və ya digər şəkildə belə qruplar mövcuddur.