XƏBƏRLƏR / Maliyyə

Azərbaycanın strateji valyuta ehtiyatları $90 mlrd-ı ötüb

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir

Azərbaycanın strateji valyuta ehtiyatları $90 mlrd-ı ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

    Məlumata görə, bu, ötən il sentyabrın 1-nə nisbətən 15,7 % çoxdur.

    Avqustda ölkənin strateji valyuta ehtiyatları 3 milyard 954,8 milyon ABŞ dolları artıb.

    2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.