Azərbaycanın xarici və daxili dövlət borcu nə qədərdir?
Maliyyə nazirliyi xəbər verir
Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon dollar (8,772 milyon manat) və ya ÜDM-in 6,9 faizi, daxili dövlət borcu isə 18 milyard 659 milyon manat (ÜDM-in 14,8 faizi) təşkil edib.
Ötən illə müqayisədə xarici dövlət borcu 20,4% azalıb, daxili borc isə 17,6% artıb. Bu, orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi çərçivəsində xarici borcun daxili borcla əvəzlənməsi strategiyasının həyata keçirilməsi, eləcə də dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi ilə bağlıdır.
2024-cü ilin sonuna Azərbaycanın ümumi dövlət borcu 27,43 milyard manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 2% çoxdur.