XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanlılar Qazaxıstanda sayca səkkizinci millətdir

Azərbaycanlılar Qazaxıstanda sayca səkkizinci millətdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan əhalisinin ümumi sayı 20 316 155 nəfərə çatıb.

    Qazaxıstanın Milli Statistika Bürosunun mətbuat xidməti xəbər verir ki, ölkədə ən çoxsaylı millətlərin nümayəndələri bunlardır; qazaxlar (14 milyon 456 min 709 nəfər), ruslar (2 milyon 963 min 938 nəfər), özbəklər, ukraynalılar, uyğurlar, almanlar və tatarlar. Məlumat mayın 1-də qeyd edilən Xalqların Birliyi Günündə açıqlanıb.

    Rəsmi məlumatlara görə, Qazaxıstanda hazırda 155 364 azərbaycanlı yaşayır ki, bu da onları respublikada sayca səkkizinci böyük millət edir.