XƏBƏRLƏR / Hadisə

"Azərsilah"ın Şirvandakı zavodunda qəza baş verib

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib

"Azərsilah"ın Şirvandakı zavodunda qəza baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

    Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.