MÜSAHİBƏ

Azərbaycan tərəfi taktiki mövqeyini dəyişməlidir

Bunu ANS Press-ə müsahibəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Haaqa Ədalət Məhkəməsinin qərarlarını şərh edərkən deyib

Azərbaycan tərəfi taktiki mövqeyini dəyişməlidir
Tofiq Zülfüqarov
  • Oxuma müddəti:

    2 dəqiqə

  • - Tofiq müəllim, Haaqa Ədalət Məhkəməsinin qərarlarını yerinə yetriməsə, Azərbaycanı nə gözləyə bilər?

    - Birincisi, bu hələ qərar deyil, müvəqqəti tövsiyədir. Bu mövzunun baxılmasl hələ davam olunacaq. İkincisi, şəxsən məndə sual doğurur ki, axı Ermənistanın hüququ çatımır ki, Azərbaycanın ərazisinə aid olan bir məsələni beynəlxalq müzakirəyə çıxarsın. Üçüncüsü, mən hesab edirəm ki. Azərbaycan  tərəfi taktiki mövqeyini dəyişməlidir.

    - Nədən söhbət gedir?

    - Laçın “dəhliz”i ilə bağlı söz-söhbət gedir, mübahisə gedir, mövqelər toqquşur, hətta BMT-nin məhkəməsində də bu məsələyə baxılır. Ermənilər istəyirlər ki, nəzarəti blokada kimi göstərsinlər. Və onların təbliğatı da bunun əsasında qurulub. Bu istiqamətdə onlara dəstək verilir. Amma biz bu məsələni çox asanlıqla həll edə bilərik.

    - Necə?

    - Əgər Azərbaycan tərəfi Kəlbəcər sərhədində, Zod bölgəsində olan, Ağdərə-Kəlbəcər yolunda Azərbaycaın sərhədçiləri, gömrükçülərinin nəzarəti altında nəzarət-keçid məntəqəsi qoysa, məsələ həll olunacaq. Biz açıq deyəcəyik ki, kim istəyirsə, buradan keçə bilər, ermənilər də, əlbəttə Azərbaycanın qanunlarına uyğun olaraq. Bununla da, "blokada" mövzüsuna birmənalı olaraq son qoyacağıq. 

    - Ekoloji aksiya dayadırılmalıdır?

    - Xeyr, aksiya davam etdirilməlidir. Sadəcə, Kəlbəcərdə sərhəd məntəqəmizi qurmalıyıq. O yol tam nəzarətimiz altında olacaq. Bununla biz Rusiya sülhməramlı qüvvələrinin əlindən manipulyasiya üçün alətləri almış olacağıq. Həmçinin bizə qarşı təbliğat dalğasını neytrallaşdıracağıq. Laçın yoluna Rusiya sülhməramlıları nəzarət edir. Onlar özləri erməniləri Xankəndindən buraxmırlar. Adını da qoyubar ki, erməniləri Xankəndidiən azərbaycanlılar buraxmırlar. Kəlbəcərdə isə yoxlanışı biz özümüz həyata keçirəcəyik.