Böyük itkilərə baxmayaraq husilər mübarizəyə davam edəcək
Bu barədə “Əl-Ərəbi” telekanalına Husi Siyasi Büro üzvü Əl-Bukayti deyib

Husi Siyasi Büro üzvü Əl-Bukayti İsrailin Yəməndəki Husi hədəflərinə hücumuna reaksiya verib
"Qəzza zolağında təcavüz dayanana qədər eskalasiyaya eyni eskalasiya ilə cavab verəcəyik. Raket imkanlarımız təhlükəsiz yerlərdədir. Biz İsrailə hava blokadası tətbiq etməkdə ciddiyik və bu yaxınlarda Ben Qurion hava limanına endirilmiş zərbə bir xəbərdarlıq idi. "Yəmənin ərazilərinə edilən hücumlar böyük itkilərə səbəb oldu, lakin biz Qəzzaya dəstəyimizi davam etdirəcəyik," - deyə Əl-Bukayti “Əl-Ərəbi” telekanalına müsahibəsində bildirib.