XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Şamaxı-Yevlax yolunda son vəziyyət

Qar səbəbindən Ağsu dolaylarında çətinlik var

Bakı-Şamaxı-Yevlax yolunda son vəziyyət
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Şamaxı-Yevlax magistral yolunun qardan təmizlənməsi, buz bağlamış hissələrinə qum-duz qarışığının səpilməsi işləri aparılıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, hazırda bu istiqamətdə işlər davam etdirilir. “Yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur”, - deyə məlumatda bildirilir.

    ***

    10:13

    Ötən gün axşam Ağsu və ətraf rayonlara yağmağa başlayan qar bu saatlarda da davam edir. Qar səbəbindən Bakı – Şamaxı - Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində nisbətən çətinlik müşahidə olunur.

    Yolun bir zolağı bağlansa da hərəkət davam edir.

    Axşam saatlarında havanın temperaturunu nəzərə alaraq sürücülərin bu istiqamətdə hərəkət etməsi tövsiyə edilmir.