Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi
Dövlət Statistika Komitəsi bildirir
Yanvar-iyul aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql olunan neft 8,6 faiz azalaraq 14 milyon 773,2 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (12 milyon 154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (26 milyon 18,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
1 dəqiqədən az