Bakı və Daşkəndin hərbi-texniki əməkdaşlığının yol xəritəsi
Azərbaycanın müdafiə sənayesi naziri Mustafayev ilə Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev görüşüblər

Azərbaycan və Özbəkistan hərbi-texniki əməkdaşlığa dair yol xəritəsi imzalayıblar
BƏƏ-də keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Mustafayev ilə Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev arasında görüş keçirilib.
Tərəflər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Sonda iki ölkənin müdafiə-sənaye idarələri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb.