Bakı və Daşkənd birgə avtomobil istehsal edəcəklər
Hacıqabulda birgə avtomobil zavodunun təməlqoyma mərasimi də keçirilib
Azərbaycan və Özbəkistan avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.
Azərbaycanda maşın istehsalının genişləndirilməsinə dair memorandum İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası və “Uzavtosanoat” SC arasında imzalanıb.
İmzalanma mərasimində Azərbaycanın İqtisadiyyat nazıri Mikayıl Cabbarov iştirak edib.
Bu arada, Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, həmçinin "Uzavtosanoat" səhmdar cəmiyyətinin idarə heyəti sədri Uluqbek Rozukulovun nemayəndə heyəti iştirak edib.
Müəssisədə "Chevrolet", "Cobalt", "Malibu", "Tracker" və "Equinox" kimi markalı avtomobillərin istehsal olunacağı gözlənilir.