XƏBƏRLƏR / Siyasət

Bakı və İrəvan birgə sənəd dərc edəcək

Bu barədə "Sputnik Armenia" xəbər verib

Bakı və İrəvan birgə sənəd dərc edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvan Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası komissiyasının iş reqlamentini təsdiqləyib.

    "Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.

    O izah edib ki, bu hələ texniki sənəddir, lakin iş metodologiyası tezliklə təsdiqlənməlidir.

    "Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə başlayacaqlar", - Paşinyanın müavini söyləyib.

    Qriqoryanın sözlərinə görə, bu gün Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.