XƏBƏRLƏR / Siyasət

Bakı və İrəvan gələn həftə sülh sazişi imzalaya bilərlər

Xəbəri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən "Reuters" və "France Press" yayıb

Bakı və İrəvan gələn həftə sülh sazişi imzalaya bilərlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gələn həftə Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa sammitində Azərbaycan və Ermənistan sülh sazişi imzalaya bilər. Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva deyib.

    Diplomatik mənbələrdən verilən məlumata görə, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə yüksək səviyyəli danışıqlar aparacağı planlaşdırılır.

    “Biz ümid edirik ki, nəhayət iyunun 1-də Kişinyovda sülh müqaviləsi imzalanacaq”, – Leyla Abdullayeva Parisdə kiçik bir qrup jurnalistə deyib və əlavə edib ki, bu, “qaçırılmaması üçün tarixi fürsət” olacaq.