Bakıda BMW yanıb VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, N.Tusi küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində BMW markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

    Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.