Bakıda elektrikli avtobuslar bir neçə marşruta çıxıblar
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi marşrutların nömrələrini açıqlayıb
 
                                Bakıda bir neçə marşrut xətləri üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, AYNA tərəfindən dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər icra edilir:
“1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb”.
Məlumatda qeyd edilib ki, elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib:
“Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub”.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            